Putin Azərbaycan əsilli iş adamını mükafatlandırıbbackend

Putin Azərbaycan əsilli iş adamını mükafatlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli iş adamı Qod Nisanovu mükafatlandırıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, Putin fevralın 12-də “Rusiya Federasiyasının Dövlət Mükafatlarının verilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan əsilli iş adamı, “Kievskaya Ploşad” Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Qod Nisanov Rjevsk Sovet Əsgərinə memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah əməllərə görə” fərqlənmə nişanı ilə təltif olunub.

Qeyd edək ki, Vladimir Putinin müvafiq fərmanı rəsmi hüquq informasiya portalında dərc olunub.