“Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında mümkün görüş üçün məkan hələ seçilməyib”.
Yenisabah.az “Interfax”a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Hələ mümkün görüş barədə danışacaq bir şey yoxdur”, – deyə Peskov əlavə edib.
Xatırladaq ki, ABŞ-ın “Politico” nəşri sammitin Çex Respublikası, Azərbaycan, İslandiya və ya Sloveniyada keçirilə biləcəyi barədə məlumat yayıb.

