Putin: “Biz çətinliklərin ən çətin mərhələlərini keçmişik“backend

Putin: “Biz çətinliklərin ən çətin mərhələlərini keçmişik“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiya aviasiya sənayesi rəsmiləri ilə keçirdiyi görüşdə ölkə iqtisadiyyatının sanksiyalara görə müxtəlif çətinliklər yaşadığını bildirib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Putin çıxışında Rusiyanın sözügedən çətinliklərə təsirli cavab verdiyini və bu vəziyyətin sanksiyaları tətbiq edənləri təəccübləndirdiyini diqqətə gətirib.

“Beynəlxalq təşkilatların proqnozlarına görə, bu il iqtisadiyyatımızda kiçik artım gözlənilir. Bu o deməkdir ki, biz onların bizim üçün yaratmağa çalışdıqları problemlərin ən çətin mərhələlərini dəf etmişik”-deyə o qeyd edib.
Rusiya prezidenti eyni zamanda bildirib ki, Qərb şirkətlərinin Rusiyanı tərk etmə qərarından sonra rəsmi Moskvanın Qərb istehsalı olan təyyarələri ölkədə saxlamaq haqqında da göstəriş verilib:

“Əgər bizə hörmət etmirlərsə və canavarlarla yaşayacaqsansa canavar kimi ulamalısan. Biz heç kimə hörmətsizlik etmirik, təyyarələrin pulunu ödəməyə hazırıq”.

//Safura Bənnayeva, Editor.az