Putin: Bizə qarşı istifadə edilən NATO arsenalını yoxlamaq lazımdırbackend

Putin: Bizə qarşı istifadə edilən NATO arsenalını yoxlamaq lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, Rusiya dövlət texnologiya və silah şirkətinin baş direktoru Sergey Çemezov da daxil olmaqla, Rusiya müdafiə sənayesinin mühüm adları ilə görüş keçirib. Rusiya müdafiə sənayesinin inkişafından danışan Putin, ölkəsinin üzləşdiyi vəziyyəti, çətinlikləri və təhlükələri nəzərə alaraq müdafiə sənayesi müəssisələrinin var gücü ilə çalışdığını, işçilərin qeyri-adi problemləri operativ şəkildə həll edib real döyüş əməliyyatları təcrübəsi əsasında məhsulları yenidən təkmilləşdirdiyini qeyd edib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Putinin sözlərinə görə, əməliyyat zamanı istifadə edilən Rusiya silahları yüksək effektivliyə malikdir. Bu silahlar qərb modellərinə qarşı yüksək səviyyəli müqavimət göstərir. NATO arsenallarının demək olar ki, bütün ehtiyatları Kiyevdəki mövcud rejimi dəstəkləmək üçün göndərilib. Bunun Rusiya əleyhinə olduğunu vurğulayan Putin oradakı arsenalları yoxlamaq və imkanlarını keyfiyyətcə artırmaq, lazım gələrsə, silahlarını daha da təkmilləşdirməyin vacib olduğunu qeyd edib.

//Safura Bənnayeva, Editor.az