“Putin bizi diri-diri ələ keçirib…” – “Azov”un hərbçisindən ürpədici sözlərbackend

“Putin bizi diri-diri ələ keçirib…” – “Azov”un hərbçisindən ürpədici sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Mariupolun Azovstal ərazisində daha bir həftə qala bilər.

Bunu “Azov” alayının Oleq adlı hərbçisi Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir həftə ərzində heç bir humanitar dəhliz açmaq mümkün olmayacaq:

“Ruslar Mariupola daxil olandan bəri şiddətli döyüşlər gedir. Dünən bizi ağır artilleriya atəşinə tutdular, üç dostum həlak oldu. Hər gün ağır keçir, hər gün insanlar, bacı-qardaşlar ölürlər. Başqa ölkələrdən kömək gözləyirik, hər keçən gün azalırıq”.

Oleq Vladimir Putinin zavodu məhv etmək üçün bütün qüvvələrini irəli göndərdiyini, mayın 9-da keçiriləcək paradda nümayiş etdirmək üçün daha çox əsir ələ keçirmək istədiyini bildirib.

Ukraynalı hərbçi artıq düşmənin zavodun ərazisində olduğunu deyib:

“Düşmən artıq zavodun ərazisinə soxulub və yavaş-yavaş soxulmağa çalışır. Pilotsuz təyyarələr və minaatanlardan atəşə tuturlar. Düşünürəm ki, onlar bizi mayın 9-dək diri-diri ələ keçirmək istəyirlər ki, qəfəslərdə parada çıxarsınlar”.

Oleq bildirib ki, döyüşçülər evakuasiyaya üçüncü ölkələri cəlb etməyə ümid edirdilər, amma bu ümidlər hər gün sönür:

“Düşünürəm ki, burada daha bir həftə qala bilərik. Amma bir həftədən sonra heç kim bu dəhlizdən keçə bilməyəcək. Biz buradan çıxa bilmirik”.

Teleqraf.com