“Putin bu səbəbə görə Krımdan imtina edə bilər” – Şok iddiabackend

“Putin bu səbəbə görə Krımdan imtina edə bilər” – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya hakimiyyəti özünü qorumaq üçün Krımdan Ukraynanın xeyrinə imtina edə bilər”.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı politoloq Makim Rozumnı deyib.

“Əlbəttə Krım Putin üçün çox önəmlidir. O, legitimliyini Krımın ilhaqı üzərində qurub. 2018-ci il prezident seçkilərindən sonra bu legitimlik Krımla çox bağlıdır. Putin ondan imtina etmək və onu qurban vermək istəmir”, – ekspert bildirib.

Politoloqun fikrincə, bütün bunlar yalnız müvəqqəti xarakter daşıyır. Rozumnı əlavə edib ki, Rusiya hakimiyyətinin əks-təbliğatı rusların Krıma qarşı “vətənpərvərlik hissləri”ni aradan qaldıra bilər.

“Əgər hakimiyyəti qorumaq lazımdırsa, o zaman Rusiya televiziyası deyəcək ki, Krımın olması çox da arzuolunan deyildi, daha ali maraqlar var. Rusiya cəmiyyətinin vətənpərvərlik hissləri idarəolunandır. Dirijor Kremldədir”, – politoloq bildirib.

O qeyd edib ki, nöqteyi-nəzəri və rəyi əksinə dəyişmək çox da çətin olmayacaq:

“Bundan əlavə, indi bir səssiz çoxluq var ki, o, Ukraynaya hücuma, hətta Krımla bağlı tarixə şübhə ilə yanaşır. Əks tərəfdə – vətənpərvər mövqedə dayanmış daha bir səssiz kütlə var ki, o dözür və inanır. Putin isə hər şeyi 180 dərəcə dəyişə bilər”.