Putin Çindən sonra Ukraynaya qarşı hücumları genişləndirdibackend

Putin Çindən sonra Ukraynaya qarşı hücumları genişləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Çinə səfərdən qayıtdıqdan sonra Ukraynaya qarşı müharibədə yeni mərhələyə keçib.

The Times yazır ki, Pekində Çin lideri Si Cinpinlə görüşən Putinin qayıdışından dərhal sonra Moskva müharibənin əvvəlindən bəri ən böyük hava hücumunu həyata keçirib.

Nəşrin məlumatına görə, son hücumlar nəticəsində Kiyevdə hökumət binası vurulub. Bu, tammiqyaslı işğalın başlanmasından sonra ilk belə hadisədir.

Qəzet xatırladır ki, Kreml daxilindəki “sərt xətt” tərəfdarları uzun müddətdir Ukraynanın “qərar qəbuletmə mərkəzlərinə” zərbələr endirilməsini tələb edirdilər. Putin özü də dəfələrlə bu niyyətini açıq şəkildə dilə gətirib.

//Samir Qurbanov, Editor.az