Putin Çini “birqütblü hegemonluğa müqavimət göstərməyə” çağırıbbackend

Putin Çini “birqütblü hegemonluğa müqavimət göstərməyə” çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın rəhbərlik etdiyi G7 ölkələrinin Ukraynadakı müharibəyə görə Moskvaya təzyiqlərini artırdığı bir vaxtda Çini “birqütblü hegemonluğa müqavimət göstərməyə” çağırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya lideri Birləşmiş Millətlər Təşkilatının 78-ci iclası çərçivəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələrin davam etdiyi günlərdə Sankt Peterburqda Çin-Rusiya strateji təhlükəsizlik məsləhətləşmələri üçün ölkəsinə səfər edən Çinin xarici işlər naziri Van Yi ilə görüşüb .

Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Putin görüş zamanı “birqütblü hegemonluğa və düşərgələr arası qarşıdurmaya müqavimət göstərməyə” çağırıb və “strateji əməkdaşlığın dərinləşdirilməsi” mesajını verib.

//Safura Bənnayeva, Editor.az