Rusiya Müdafiə Nazirliyi bildirir ki, Plesetsk kosmodromunda “Sarmat” qitələrarası ballistik raketinin sınağı həyata keçirilib. Sınaq barədə prezident Vladimir Putinə məruzə edilib və buraxılışın videosu nümayiş olunub.
Bu barədə Editor.az “RİA Novosti”yə istinadən xəbər verir. “Bu unikal silahın dünyada analoqu yoxdur və uzun müddət olmayacaq. O, Silahlı Qüvvələrimizin döyüş potensialını gücləndirəcək, Rusiyanın təhlükəsizliyini xarici təhdidlərdən etibarlı şəkildə təmin edəcək və ölkəmizi təhdid etməyə çalışanları xeyli dərəcədə düşündürəcək”. – Putin deyib.
Putin bildirib ki, raket “bütün müasir raket əleyhinə müdafiə vasitələrinin öhdəsindən gələ bilər”. Onun sözlərinə görə, raketin yaradılması üçün yalnız Rusiya konstruksiyalarından, komponentlərindən və hissələrindən istifadə edilib: “Bu, kompleksin müdafiə sənayesi müəssisələri tərəfindən seriyalı istehsalını xeyli sadələşdirəcək”. Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, “Sarmat” “hipersəs də daxil olmaqla, həm blokların sayına, həm də növlərinə görə döyüş texnikasının çeşidini kökündən genişləndirib.

