Putin əməliyyat bölgəsinə gedəcəkmi?- Kremldən AÇIQLAMAbackend

Putin əməliyyat bölgəsinə gedəcəkmi?- Kremldən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov rusiyalı jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Editor.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Jurnalistlərin Rusiya lideri Putinin Ukraynada Rusiya hərbçilərinin nəzarətində olan ərazilərə və yaralı rus əsgərlərinin müalicə olunduğu xəstəxanalara səfər edib-etməyəcəyi ilə bağlı suallarını cavablandıran Peskov Putinin Ukraynadakı döyüş bölgəsinə getmək fikrində olmadığını bildirib.

Peskov Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar martın 18-də keçiriləcək konsert proqramlarına Putinin qatılıb-qatılmayacağı sualını da cavabsız qoymayıb.

“Prezident belə bir qərar verərsə, sizə məlumat verəcəyik” – sözçü deyib.

//Gülnarə Abasova, Editor.az