Putin-Ərdoğan görüşü: Əsas müzakirə mövzusu nə olacaq?-AÇIQLAMAbackend

Putin-Ərdoğan görüşü: Əsas müzakirə mövzusu nə olacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Azərbaycan arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq gücləndirilir. 15 iyun 2021 -ci ildə imzalanan “Şuşa bəyannamə”si ilə bu əməkdaşlıq ən yüksək həddə çatıb”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, bildirib ki, bir neçə gün əvvəl Türkiyə Prezidentinin Azərbaycana 4 general təyin etməsi Rusiya tərəfindən narahatlıqla qarşılanmaya bilməzdi:

” Dünən Kremlin sözçüsü Dmitriy Peskov mətbuata açıqlamasında bir çox məsələlərdə Türkiyə ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə etdi. Moskva tərəfi “Krım” məsələsini qırmızı xətt adlandırsa da , baş verən proseslər fonunda Rusiya Türkiyənin fikirlərinə hörmətlə yanaşmağa məcburdur və hər məsələ də Türkiyə ilə ortaq razılıq əldə etməyə çalışır. Türkiyə ilə Rusiya arasında bir neçə istiqamətlər üzrə anlaşılmazlıqlar mövcuddur. Ərdoğanın Rusiya səfərində də ikitərəfli iqtisadi-siyasi əlaqələr, bir sıra regional məsələlər müzakirə olunacaq. Ərdoğan- Putin görüşünün gündəm mövzusu olduqca zəngindir. Bəzi regional məsələlərdə Türkiyə ilə Rusiyanın dövlət maraqları toqquşur. S-400 raketlərinin satışı, Rusiya şirkətlərinin xüsusilə nüvə elektrik stansiyasını tikilməsi ilə bağlı məsələlər də görüşün əsas müzakirə mövzusu olacaq. Bir sıra qlobal məsələlərin də masaya yatırılacağı gözlənilir. Bura pandemiya, terrorizmlə mübarizəni aid edə bilərik. Rusiyanın müəyyən məsələlərin həllində Türkiyəyə ehtiyacı var”.

//Gülnarə Abasova, Editor.az