Putin-Ərdoğan görüşü: Hər hansı bir sənəd imzalanacaq?- RƏSMİ AÇIQLAMAbackend

Putin-Ərdoğan görüşü: Hər hansı bir sənəd imzalanacaq?- RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilməsi planlaşdırılan görüş haqqında məlumat verib.

Editor.az xəbər verir ki, Rusiya mətbuatına danışan Peskov, görüşdən sonra hər hansı bir sənədin imzalanıb imzalanmayacağı sualına “Xeyr, gözlənilmir” cavabını verib.

Qeyd edək ki, Putin və Ərdoğan 29 sentyabr Soçidə görüşəcəklər. Görüşdə ikitərəfli münasibətlərin və regional problemlərin müzakirə ediləcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az