Putin-Ərdoğan görüşü: “Rusiya bu tarixi şansı qaçırmaq istəmir”-AÇIQLAMAbackend

Putin-Ərdoğan görüşü: “Rusiya bu tarixi şansı qaçırmaq istəmir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Ərdoğan-Putin görüşünün əvvəli də, sonrası da səs-küylü olmadı. Lakin hər iki lider görüşdən sonra çətinliklə də olsa razılığa gəldiklərini bildirdilər. Düşünürəm ki, əsas görüş mövzusu Qarabağ və Suriya məsələsi olub”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

O, bildirib ki, Paşinyanın ürəkli çıxışları Ərdoğan və Putinin sülh müqaviləsi ilə bağlı razılığa gəldiyini ehtimalını artırır:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması tarixi əhəmiyyət daşıyır. Bu proses yalnız Türkiyə və Rusiyanın iştirakı ilə baş tutsa, Qərb proseslərdən kənarda qalsa, bu Rusiya və Türkiyənin geostrateji uğuru hesab olunacaq. Rusiyanın eqosunu təmin etmək üçün bu Moskvada imzalanarsa, tarixi baxımdan böyük uğuru olacaq. Necə ki, Yuqoslaviyada sülh müqaviləsi ABŞ-ın uğuru oldu, eynilə də Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsi Rusiyanın tarixi uğuru ola bilər. Rusiya bu tarixi şansı qaçırmaq istəmir. Sülh müqaviləsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə imzalanmalıdır”.

//Gülnarə Abasova, Editor.az