Putin-Ərdoğan görüşünün vaxtı və yeri məlum oldubackend

Putin-Ərdoğan görüşünün vaxtı və yeri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar sentyabrın 4-də Soçidə keçiriləcək.

Editor.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Danışıqlar bazar ertəsi (4 sentyabr) Soçidə keçiriləcək”, – deyə Peskov mətbuata bildirib.

Danışıqlar zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidentinin təklif etdiyi taxıl müqaviləsi və onun alternativini müzakirə edəcəyi gözlənilir.

Putinin təşəbbüsünə görə, Rusiya Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə ucuz qiymətə 1 milyon ton taxıl tədarük edəcək.

Ötən gün Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Moskvada oxşar məsələləri müzakirə ediblər.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında nazirlərin yekun bəyanatlarından görünür ki, Türkiyə köhnə sövdələşməni davam etməyə, Rusiya isə alternativ saziş çərçivəsində taxıl tədarükünə başlamağa çalışır.

//Samir Qurbanov, Editor.az