Putin: Ərdoğana deyin, şişirtmirəm…backend

Putin: Ərdoğana deyin, şişirtmirəm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sahələrdə Türkiyə Ukrayna ilə əməkdaşlıq edir və eyni zamanda Ukrayna Türkiyəyə qaz ötürən kəmərlərə hücum etməyə çalışır.

Editor.az  axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxaq İqtisadiyyat Forumu çərçivəsində “Anadolu” agentliyinin müxbiri Yusif Özxana müsahibəsində deyib.

“Bu, zarafat deyil, heç bir şişirtmə də yoxdur. Rusiya elektron döyüş sistemləri tərəfindən zərərsizləşdirilən iki PUA Qara dəniz sahilindəki bu qaz-nasos stansiyasının yanına düşüb. Mən burada bir şey uydurmuram, heç nə icad etmirəm, bu belədir. Sadəcə olaraq, reallıqda baş verənlər barədə dostumuz Prezident Ərdoğana məlumat verin. Qara dənizin dibi ilə salınan bu qaz nəqli sistemini qoruyan gəmilər isə daim bu pilotsuz katerlərin hücumu altındadır”, – Putin bildirib.