Putin Ərdoğanın sülhməramlı missiyasını və regionda təsirini artırmasını qəbul edə bilmir. Editor.az xəbər verir ki, bunu sabiq deputat, Ukrayna Gələcək İnstitunun icraçı direktoru Vadim Denisenko deyib Onun sözlərinə görə, dünən Ərdoğanın Putin və Zelenski ilə üçtərəfli danışıqları təşkil etmək barədə danışıqları mahiyyətcə doğru olsa da, rusların nəzərində qeyri-mümkün idi.
Məsələ burasındadır ki, Putin hakimiyyətdə olduğu bütün 22 il ərzində yalnız bir danışıq texnikasından istifadə edib – faizlərin artırılması”, – Denisenko deyib. “Putin sanksiyalar aradan qaldırılarsa, Ukrayna limanlarını blokdan çıxaracağını deyib. İndi də oyun oynayır: müharibə yoxdur, amma sanksiyalara görə aclıq var. Ona görə də Ukrayna ilə aparılacaq danışıqlar bu oyuna aid edilmir”. V.Denisenko daha sonra qeyd edib ki, “az adamın başa düşdüyü başqa bir cəhət də var: Mənə elə gəlir ki, Putin Ərdoğanın sülhməramlı missiyasını və regional təsirini artırmasını istəmir.
O, xəyal edir ki, Bayden ondan danışıqlar aparmağı xahiş etsin… Bu səbəbdən də Putinin danışıqlara hazır olması ilə bağlı illüziya yaratmağa ehtiyac yoxdur. Bu günkü vəziyyətə görə o, heç bir danışıqlara getməyəcək”.
Editor.az

