Putin: “Ermənistan Azərbaycanın suverenliyini qəbul edib”backend

Putin: “Ermənistan Azərbaycanın suverenliyini qəbul edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan administrasiyası Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edib. Düşünmürəm ki, Ermənistan Rusiya ilə müttəfiqlikdən əl çəkib. Bizim Ermənistan və Paşinyanla heç bir problemimiz yoxdur”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlamasında bildirib.
Ermənistanın ABŞ-la keçirdiyi hərbi təlimdən sonra Rusiya prezidenti Vladimir Putin Ermənistanın çoxdankı müttəfiqi Rusiya ilə əlaqələrini kəsməsi ilə bağlı iddiaları təkzib edib.
Ermənistan administrasiyası 1991-ci il sərhədlərini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdıqlarını açıqladı.

“Əgər Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıbsa, Qarabağın statusunu müzakirə etməyin mənası yoxdur. Qarabağdakı vəziyyəti İrəvanın özü müəyyən edib.Bizim Ermənistanla heç bir problemimiz yoxdur, Paşinyanla problemimiz yoxdur, onunla daim təmasdayıq. Lakin İrəvan Moskvanı həm Ermənistan, həm də Dağlıq Qarabağ bölgəsinin etnik erməni əhalisi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir”,-deyə Putin bildirib.

//Safura Bənnayeva, Editor.az