Rusiya prezidenti Vladimir Putin 2023-cü il yanvarın 1-dən Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının 137 min nəfər artırılması haqqında fərman imzalayıb.
Bu barədə Rusiyanın hüquqi informasiya internet portalında məlumat yerləşdirilib.
Bundan sonra Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti 1 milyon 150 min 628 ştatlı hərbi qulluqçudan ibarət olacaq. Eyni zamanda Silahlı Qüvvələrin ümumi ştat sayı 2 milyon 39 min 758 vahidə çatdırılıb.
Putinin 17 noyabr 2017-ci il tarixli əvvəlki fərmanında Rusiya Silahlı Qüvvələrinin ştat gücü 1 milyon 13 min 628 hərbi qulluqçu daxil olmaqla, 1 milyon 902 min 758 vahid müəyyən edilmişdi.
Xatırladaq ki, müharibə başlayandan bəri Rusiya ordusu 46 minə yaxın canlı qüvvə itirib. Eyni zamanda zirehli texnikada ümumi itkilər 6 mini ötür.
Musavat.com

