“Rus baharı”nın ideoloqu, Putinin keçmiş köməkçisi Vladislav Surkov həbs edilib.
Editor.az “Unian.net”ə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev öz Facebook səhifəsində Vladislav Surkovun hazırda ev dustaqlığında olduğunu yazıb:” Onunla bağlı 2014-cü ildə Donbasda baş verən mənimsəmə faktı ilə bağlı istintaq tədbirləri davam etdirilir”.
Xatırladaq ki, müharibəinin ilk iki həftəsindən sonra Putin FSB-nin “5-ci xidmət” adlanan (xarici tərəfdaşlarla münasibətlərə nəzarət edir) şöbəsinə qarşı repressiyalara start verib.
Bundan əvvəl mətbuat general Beseda və onun müavininin də ev dustaqlığında olduğu barədə yazmışdı. Səbəblər arasında əməliyyatlar üçün ayrılan vəsaitlərin sui-istifadəsi, eləcə də yetərsiz kəşfiyyat məlumatlarıdır.
//Editor.az

