Putin gedərsə, Zelenski də gedəcəkbackend

Putin gedərsə, Zelenski də gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin G20 sammitində iştirakı ilə bağlı qərar qəbul edilərkən “bütün amillər”, o cümlədən “təhlükəsizlik faktorları” nəzərə alınacaq.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “İştirakımızın formatı barədə qərar qəbul etmək üçün ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq, bütün amillər, o cümlədən təhlükəsizlik amilləri nəzərə alınacaq.

Qeyd edək ki, avqustun 19-da İndoneziya prezidenti Coko Vidodo (G20 sammitinin ev sahibi) Vladimir Putinin noyabrda Balidə keçiriləcək sammitdə şəxsən iştirak etmək istədiyini açıqlayıb. Sammit noyabrın 15-dən 16-dək keçiriləcək. Ukrayna prezidentinin ofisindən bildiriblər ki, Vladimir Putinin sammitdə iştirakı dəqiqləşərsə, Voladimir Zelenski də baliyə gedəcək.

  //Samir,Editor.az