Putin generalı dəyişdi – Bütün səlahiyyətlər BU ŞƏXSİN əlindədir – FOTObackend

Putin generalı dəyişdi – Bütün səlahiyyətlər BU ŞƏXSİN əlindədir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az xəbər verir ki, CNN ABŞ və Avropadan olan rəsmilərə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibənin idarəçiliyini general Aleksandr Dvornikova tapşırdığını yazıb.

Rusiyanın cənub ordularına rəhbərlik edən Dvornikovla bağlı açıqlama verən rəsmi mənbə “Bu vəzifə dəyişikliyi Rusiyanın müharibənin gedişatının pis olduğunu bildiyini göstərir. Onlar bəzi şeyləri fərqli şəkildə etməlidirlər” – deyə qeyd edib.

Dvornikovla müharibənin Donbas bölgəsinə keçməsinin gözlənildiyi və müxtəlif cəbhələrdə döyüşmək əvəzinə yalnız həmin bölgədə irəliləyişin əldə edilməsinin planlaşdırıldığı bildirilib.

Rus generalın diqqətini Donbas bölgəsinə yönəldəcəyi gözlənilir.

60 yaşlı Dvornikov Rusiyanın Suriyada keçirdiyi əməliyyata rəhbərlik edib. 2015-ci ilin sentyabrında Suriya Prezidenti Bəşər Əsədə dəstək verən rus əsgərlərinə rəhbərlik edən Dvornikov 2015-ci ilin sentyabrından 2016-cı ilin iyununa qədər bölgədə olub. O zaman Dvornikov administrasiyasına tabe olan əsgərlərin mülki əraziləri vurduğu, Hələbin isə 2016-cı ilin dekabrında Dəməşq rəhbərliyinə keçdiyi qeydə alınıb. CNN-ə danışan səlahiyyətlilər Mariupolda oxşar taktika izləyən Rusiyanın bu şəkildə hücum edə biləcəyinə diqqət çəkib.