“Putin görüşə Azərbaycan-Ermənistan arasındakı sərhəd məsələsi ilə getmək istəmir”backend

“Putin görüşə Azərbaycan-Ermənistan arasındakı sərhəd məsələsi ilə getmək istəmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mənbələrinin qeyri -rəsmi məlumatına görə,  sabah Moskvada Azərbaycan və Ermənistan nümayəndələri sərhəd məsələsini müzakirə etmək üçün görüşəcək.

Məsələ ilə bağlı Editor.az- a fikirlərini bölüşən politoloq Asif Nərimanlı bildirib ki, Moskva iki məqama görə prosesdə tələsik həll variantını tapmağa çalışdığı görünür:

“Birincisi, İrəvanın “beynəlxalq müşahidəçi” təklifinin aktuallığının qarşısını almaq”

“İkincisi, Putin-Bayden görüşünə qədər tərəflərin razılaşmasına, yaxud razılıq bazasının formalaşmasına nail olmaq”

Siyasi şərhçi qeyd edib ki, Putin-Bayden görüşündə ABŞ-ın sərhəddə müşahidəçi qismində bölgəyə qayıdışının müzakirə ediləcəyi ehtimalı böyükdür:”  Görüşə qədər sərhəd məsələsində həll yolları tapılmasa, Vaşinqton Moskvanı cəlbedici təkliflər, yaxud təzyiqlərlə razı salmağa çalışacaq. Putin görüşə Azərbaycan-Ermənistan arasındakı sərhəd məsələsi ilə getmək istəmir”.

Gülnarə Abasova, editor.az