Putin: Gülməyin, Ukrayna üzv ola bilər…backend

Putin: Gülməyin, Ukrayna üzv ola bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olması təklifinə və mütəxəssislərin buna şübhə ilə yanaşmasına münasibət bildirib.

Editor.az xəbər verir ki, Rusiya dövlətinin başçısı bu barədə fikirlərini 9 iyun tarixində “Rossiya-24” telekanalında Pavel Zarubinlə eksklüziv müsahibə zamanı dilə gətirib.

“Müşahidəçilərimizin şərhlərini, mediamızın, siyasətçilərimizin reaksiyasını görürəm. Hamı Zelenskiyə gülür və bütün bunların yalnız söz-söhbət olduğunu, belə bir şeyin olmayacağını və s. deyir. Mən fərqli düşünürəm. İndi amerikalı tərəfdaşlar Prezident Zelenski də daxil olmaqla, Ukraynaya heç bir şey vəd etmədiklərini söyləyirlər. Bunu haradan bilirik? Ukraynanın NATO-ya qəbul planının müzakirə olunduğunu təsəvvür etmək olar, hər halda, heç kim yox demir”, – deyə Putin qeyd edib.