Putin hədələrinin dozasını GETDİKCƏ ARTIRIR: Rusiyanın taleyi SSRİ-dən fərqli olmayacaqbackend

Putin hədələrinin dozasını GETDİKCƏ ARTIRIR: Rusiyanın taleyi SSRİ-dən fərqli olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanı öz əli ilə addım-addım sonu görünməyən müharibənin içərisinə çəkirlər. Qərb, Avropa, Çin hər biri bu prosesdə iştirak edir. Qərb və Avropanın bu müharibədə bilavasitə iştirak etməyəcəyi aydındır. Çin ona qarşı hazırlanan həmlədən yayınmaq üçün Rusiyaya sanksiyalar tətbiq ediləcəyi halda enerji daşıyıcılarını alacağı ilə başının altına yastıq qoyur, onu rahat müharibəyə hazırlaşmağa ruhlandırır. Qərbin Tayvanda Çinə qarşı həmləsini ləngitmək, hətta dayandırıb Rusiyanın üzərinə yönləndirmək məqsədi güdür”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, V.Putin isə hamının əlinə oynayır:

“Hədələrinin dozasını getdikcə artırır. NATO-ya ultimatum verir. Ukrayna sərhəddinə qoşun yığmağa davam edir. Bu müharibədə kimin uduzacağı məlumdur. İlk növbədə iki qardaş rus və ukrayna xalqları uzun on illər bir daha dostlaşa bilməyəcəklər. Bir-biriləri ilə qarşıdurma vəziyyətində olacaqlar ki, bundan da onlardan başqa hamı udacaq. Qərb və Avropa da bu münaqişədə daim Ukraynaya yardım etməklə rus və ukraynalı əsgərlərin bir-birilərini məhv etməsinə şərait yaradacaqlar. Avropaya immiqrant axını olsa da, bunlar Avropa üçün problem yaratmayacaq, çünki bunlar Orta Şərq və Orta Asiya qaçqınları olmayacaq, mədəni Ukrayna vətəndaşları olacaq ki, onlara həmişə ehtiyac var. Putini müharibəyə cəlb edə bilsələr, Rusiyanın taleyi SSRİ-dən fərqli olmayacaq”.

//Gülnarə Abasova, Editor.az