Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In şam yeməyində “tost mübadiləsi” ediblər. Putin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də xalqlarının rifahı, Kim Çen In isə Rusiya ordusunun “şərlərin toplanışı üzərində” qələbəsi naminə tost deyib.
“Ölkələrimiz – Rusiya Federasiyası və Koreya Xalq Respublikası arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi, xalqlarımızın rifahı və firavanlığı naminə bir tost təklif etmək istərdim”, – Rusiya Federasiyasının Prezidenti deyib. KXDR lideri isə Rusiya ordusu və xalqının “şər yığıncağı”nı məğlub edəcəyinə əminliyini ifadə edərək cavab verib: “Əminik ki, Rusiya ordusu və xalqı hegemonluq iddiasında olan və ekspansionist illüziyaları qidalandıran şərlər toplusunu cəzalandırmaq və inkişaf üçün sabit mühit yaratmaq uğrunda müqəddəs mübarizədə mütləq böyük qələbə qazanacaq”,- Şimali Koreya lideri qeyd edib.
Xatırladaq ki, Kim Çen In Rusiyaya dünən, sentyabrın 12-də gəlib.
//Samir Qurbanov, Editor.az