Putin İlham Əliyevi və Nikol Paşinyanı Rusiyaya dəvət edibbackend

Putin İlham Əliyevi və Nikol Paşinyanı Rusiyaya dəvət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən MDB Dövlət başçıları şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya dəvət edib.

Editor.az bu barədə Trend-ə istinadən məlumat verir.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli formatda dəfələrlə görüşüb.

“Mən məmnuniyyətlə Azərbaycan Prezidentini və Ermənistan baş nazirini dəvət edirəm. Görüşün vaxtını dəqiqləşdirmək lazımdır. Rusiyada istənilən vaxtda və istənilən yerdə, Soçi, Peterburq və ya Moskvada görüşmək olar”, – deyə V.Putin bildirib.