Putin imzaladı: Müharibədə iştirak edən rus əsgərləri veteran sayılacaqbackend

Putin imzaladı: Müharibədə iştirak edən rus əsgərləri veteran sayılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatlarda iştirak edən rus əsgərlərinin müharibə veteranı kimi tanınması haqqında qanun layihəsini imzalayıb.

Editor.az ” Sputnik Türkiye”yə istinadən xəbər verir ki, qanuna əsasən, müharibə veteranları və müharibə əlilləri statusu Ukrayna, Donetsk və Luqansk Xalq Respublikası ərazisində keçirilən xüsusi hərbi əməliyyatlarda iştirak edən hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarına, habelə Rusiya əsgərlərinə veriləcək. Rusiya parlamentinin aşağı palatası Duma və Federasiya Şurasının yuxarı palatası tərəfindən yekdilliklə qəbul edilən və Putinə təqdim edilən sənədə əsasən əməliyyatda iştirak edən insanlar sosial yardımlardan yararlana biləcəklər.

//Gülnarə Abasova, Editor.az