Rusiya prezidenti Vladimir Putin noyabrda İndoneziyada keçiriləcək G20 Sammitində iştirak etməyi planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov jurnalistlərə deyib.
G20 Sammiti üçün rəsmi dəvət aldıqlarını qeyd edən Uşakov dəvətə müsbət cavab verdiklərini deyib.
Qeyd edək ki, “COVİD-19” epidemiyası səbəbindən Putin ötən ilin oktyabrında İtaliyanın paytaxtı Romada keçirilən G20 Sammitində videokonfrans vasitəsilə iştirak edib.
//Gülnarə Abasova, Editor.az

