Putin: İstanbulda Ukrayna ilə imzalar atıldı, niyə bir də bunu etməyək?backend

Putin: İstanbulda Ukrayna ilə imzalar atıldı, niyə bir də bunu etməyək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllini istəyir.

Editor.az xəbər verir ki, Rusiya Prezidenti bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Putin Rusiyanın bunu əvvəllər də etdiyini, İstanbulda hazırlanan böyük sənədin Ukrayna nümayəndə heyətinin rəhbəri David Arahamiya tərəfindən bəyənildiyini, imzasının sənədin xülasəsində olduğunu deyib və sözlərini belə davam etdirib: “O, imzaladı və sonra dedi: Biz imzalamağa hazır idik və müharibə artıq, il yarım əvvəl bitəcəkdi. Amma cənab Boris Conson gəldi və bizi bundan uzaqlaşdırdı, bu şansı əldən verdik. Yaxşı, onlar bunu əldən verdilər, səhv etdilər, indi qayıtsınlar, bu qədər. Niyə biz başqasının səhvini təlaşa salıb düzəltmək lazımdır?”.

Donbassdakı münaqişənin xüsusi hərbi əməliyyatla həlli ilə bağlı qərara aydınlıq gətirən Putin NATO-nun şərqə doğru genişlənməmək vədini xatırladıb və alyansın Ukrayna ərazisində, ABŞ və Böyük Britaniyada görünməyə başlayan bazalarına işarə edib.

//Gülnarə Abasova, Editor.az