Putin istəsə belə, müharibədən çıxa bilməzbackend

Putin istəsə belə, müharibədən çıxa bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin müharibənin girovuna çevrilib – onun Ukrayna ilə müharibədən çıxmaq şansı yoxdur.

Editor.az xəbər verir ki, bu barədə Co Bayden administrasiyasından bildiriblər. Belə ki, prezident Bayden Rusiyanın durumunu dəyərləndirərkən bildirib ki, hazırda Putin çox ehtiyatlı davranır, çünki “onun (Putinin) düşdüyü vəziyyətdən çıxış yolu yoxdur və bununla bağlı nə edə biləcəyini anlamağa çalışır”.

ABŞ prezidentinin sözlərinə görə, Putin Ukraynaya müdaxilənin NATO ilə Aİ arasında parçalanmaya səbəb olacağını güman etməkdə səhvə yol verib. Belə ki, ABŞ və bir çox Avropa dövlətləri Ukraynanın köməyinə gəlib. Xatırladaq ki, Bayden bundan əvvəl NATO-dakı birliyin Putini şoka saldığını və onun Ukraynada öz işğalçı ambisiyalarını həyata keçirə bilmədiyini deyib.’

  Editor.az