Vladimir Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Hitlerin “yəhudi kökənli” olması ilə bağlı qalmaqallı açıqlamalarına və yəhudiləri antisemitizmdə ittiham etməsinə görə İsrailin baş naziri Naftali Bennetdən üzr istəyib.
Editor.az-ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” yazıb. Putin Bennettlə telefon danışığı zamanı Lavrovun qalmaqallı məzəmmətlərinə görə üzr istəyib və bu, Rusiyanın xarici işlər nazirinin hərəkətləri ilə yaranmış diplomatik böhran fonunda baş verib. Bennetin ofisi və Kremlin mətbuat xidməti qeyd edib ki, tərəflər mayın 9-da Rusiya və İsrailin faşist Almaniyası üzərində qazanılan qələbənin “xüsusi əhəmiyyəti”ni vurğulayıblar.
“Rusiya Prezidenti konslaqerlərlərdə işgəncələrə məruz qalan, zamanı nasistlər tərəfindən məhv edilən 6 milyon yəhudinin 40 faizinin SSRİ vətəndaşları olduğunu xatırladıb və veteranlara cansağlığı və rifah arzularını çatdırmağı xahiş edib. Naftali Bennett də öz növbəsində Qırmızı Ordunun nasizm üzərində qələbəyə həlledici töhfəsini qeyd edib”, – Kremlin bəyanatında deyilir. Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə təşəkkür edib, – baş nazirin ofisindən bildirilib.
Editor.az

