Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Naziri Sergey Lavrovun təklifi əsasında Əfqanıstan İslam Əmirliyini tam hüquqlu tərəfdaş kimi tanımaq qərarına gəlib. Bu barədə Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov “Rossiya-1” telekanalına verdiyi müsahibədə bildirib.
Diplomatın sözlərinə görə, bu addım Rusiyanın Əfqanıstanla tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətini göstərir. “Bu qərar Moskvanın Talibanın ölkədəki hakimiyyətini rəsmi şəkildə qəbul etməsi deməkdir,” – deyə Jirnov vurğulayıb.
Beləliklə, Rusiya dünya üzrə Talibanın Əfqanıstandakı hakimiyyətini tanıyan ilk ölkə olacaq.
Samir Qurbanov, Editor.az