Putin martın 31-nə qədər vaxt vermişdi: Qərb Rusiyanın tələbinə boyun əyəcək?backend

Putin martın 31-nə qədər vaxt vermişdi: Qərb Rusiyanın tələbinə boyun əyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus qazının rubl ilə ödənişinə dair cədvəl hazırlanaraq Prezident Vladimir Putinə təqdim olunub”.

Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, cədvəl ən qısa zamanda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Putin martın 31-dək Nazirlər Kabinetindən və “Qazprom” şirkətindən Rusiyaya “dost olmayan” ölkələrin qaz nəqli üçün ödəniş valyutasının rubla dəyişdirilməsi ilə bağlı hesabat tələb etmişdi. Ekspertlər hesab edir ki, bu, Qərbi sanksiya tətbiq etdiyi rus bankları ilə əməkdaşlıq etməyə məcbur edəcək. Çünki, Avropa ödəniş üçün 20 trilyon 70 milyard rubl tədarük etməlidir. Bu qədər vəsait isə beynəlxalq birjalarda mövcud olmaya bilər. Qərb ölkələri isə bu tələbi rədd edib.

Kanal.az