Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Tacikistanda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin sammitində iştirak edəcək.
Editor.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib, xəbəri TASS yayıb.
Düşənbədə baş tutacaq toplantıda yalnız üzv ölkələrin dövlət başçıları və MDB-nin baş katibi Sergey Lebedev iştirak edəcəklər. Sammitin əsas mövzuları birliyə üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələləri olacaq.
//Samir Qurbanov, Editor.az

