Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif etdibackend

Putin MDB-yə KTMT-də müşahidəçi statusu verilməsini təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu verilməsini təklif edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, o, bu sözləri KTMT-nin Moskvada keçirilən sammitində deyib.

“Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsu uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik”, – deyə o bildirib.