82 yaşlı katolik yepiskop Riçard Uilyamson Varşavadakı kilsələrin birində dini ayin keçirib.
Ayindən sonra etdiyi xütbədə o, Qərbin Rusiyaya qarşı hərəkətlərini kəskin tənqid edib və Ukraynada “xüsusi əməliyyat” keçirmək qərarında Vladimir Putini dəstəkləyib.
Bu barədə Editor.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir. “Dövlət başçıları arasında şər qüvvələrə qarşı çıxan tək bir nəfər var. İngiltərədə Boris Consona, Fransada Makrona, İtaliyada Dragiyə güvənməyin. Mələk və ya müqəddəs olmasa belə, bu şəxs Vladimir Putindir. O, ağıllı və cəsarətli insandır”, – Uilyamson bildirib. Yepiskop daha sonra qeyd edib ki, Rusiya Ukraynada onu əzmək və məhv etmək üçün vuruşmur: “Vladimir Putinin məqsədi Ukraynanın denasifikasiyası və demilitarizasiyasıdır. Lakin ABŞ-ın ardınca gedən axmaq Avropa Rusiyanı məhv etmək istəyir və bu səbəbdən müharibə daha da çətinləşə bilər”, -Uilyamson deyib.
Editor.az

