Putin NATO-ya meydan oxudu: “Qərb Rusiyanı parçalamaq istəyir“backend

Putin NATO-ya meydan oxudu: “Qərb Rusiyanı parçalamaq istəyir“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Sovet İttifaqından sonra Rusiyanı məhv etməyi hədəflədiyini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Putin jurnalistlərə açıqlamasında qeyd edib.

“Qərb əvvəlcə Rusiyanı kiçik parçalara ayırmağa, daha sonra isə öz nəzarəti altına almağa çalışır. Qərbin yalnız bir məqsədi var. Keçmiş SSRİ-dən sonra Rusiya Federasiyasını ləğv etmək”,-deyə o, bildirib.

Putin bütün bu kimi addımlara baxmayaraq Rusiya xalqının birlik halında olduğuna da diqqət çəkib: “Xalqımızın birliyi yalan deyil, bunu hamımız yaxşı bilirik. Rusiya xalqı birləşdikdə böyük bir güc nümayiş etdirir. Bu birlik bizim bütün uğurlarımızın, bütün qələbələrimizin əsas şərtidir“.

Rusiya prezidentinin sözlərinə görə, Qərb ölkələrinin Moskva ilə bağlı məqsədləri kağız üzərində qalıb:

“Bu planlara müdaxilə edilməsə, rus milləti kimi bir etnik qrupun indiki halda yaşayıb-yaşamayacağını belə bilməyəcəkdik. Vahid rus xalqının əvəzinə moskvalılar, urallar və başqaları olacaqdı. Bütün bunlar planların tərkib hissəsi və Qərbin əsas məqsədi idi, lakin sadəcə kağız üzərində qaldı”.

//Safura Bənnayeva, Editor.az