Putin nüvə silahını Belarusda Litva və Polşaya zərbə endirmək üçün yerləşdirmək istəyirbackend

Putin nüvə silahını Belarusda Litva və Polşaya zərbə endirmək üçün yerləşdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Belarusda nüvə silahını Qərbi təhdid etmək üçün deyil, Litva və Polşaya zərbə vurmaq üçün yerləşdirməyi planlaşdırır.

Editor.az bildirir ki, bunu tarixçi Yuri Felştinski deyib. NATO-nun cavabı isə Belarusu bir dövlət kimi tamamilə silə bilər: “Rusiyadan nüvə silahı ilə hədələmək mümkündür. Rusiya isə bu hadisəni kifayət qədər ardıcıl və müntəzəm surətdə təkrarlayır.

Ona görə də Qərbi və ya Avropanı nüvə silahı ilə hədələmək üçün onları Belarusa ötürmək lazım deyil. Onlar yalnız bir halda – nüvə zərbəsi endirmək üçün ötürlə bilər.

Qərb bu istiqamətdə qabaqlayıcı tədbirlər görməsə, bu ilin sentyabrından gec olmayaraq Belarusdan Litva və Polşaya nüvə zərbələri endiriləcək”, – deyə o, bildirib. Felştinskinin fikrincə, Putinin Belarusu ilhaq etməməsinin yeganə səbəbi ondan nüvə zərbəsi üçün tramplin kimi istifadə etmək niyyətidir: “Əgər Putinin keçməməli olduğu və ya keçməsi Avropa üçün sözün əsl mənasında fəlakətli nəticələrə səbəb olan hər hansı qırmızı xətlər olsaydı, bu qırmızı xətti onun tərəfindən artıq keçilib”, – tarixçi qeyd edib. O əmindir ki, Belarusdan gələn nüvə zərbəsinə cavab olaraq bu ölkə sadəcə məhv ediləcək.

  //Samir Qurbanov,Editor.az