Atom bombasından sağ çıxan Xirosima və Naqasaki sakinlərinin daxil olduğu Yaponiya təşkilatının baş katibi Nihon Hidankyo Vladimir Putinə müraciət edib.
“Reuters” xəbər verir ki, Nobel Sülh Mükafatı mərasimi ərəfəsində 92 yaşlı Terumi Tanaka deyib ki, Putin nüvə silahının dağıdıcı gücünü başa düşmür. Atom bombasından sağ çıxan adam əlavə edib ki, ona müvafiq mesaj göndərib:
“Mən düşünmürəm ki, prezident Putin nüvə silahının insanlar üçün nə demək olduğunu həqiqətən başa düşmür. Lakin hesab etmirəm ki, o bu barədə heç düşünməyib… Biz onun həqiqətən başa düşdüyünə əmin olmalıyıq. Biz demək istərdik ki, nüvə silahı elə bir şeydir ki, heç vaxt istifadə edilməməlidir”.
//Samir Qurbanov, Editor.az