Rusiya prezidenti Vladimir Putin Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiyasını ləğv edən fərman imzalayıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya parlamentinin aşağı palatası Dumada oktyabr ayında qəbul edilən “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi”nin Rusiyanın təsdiqini geri çəkməsi ilə bağlı qanun layihəsi bu gün Rusiya prezidenti Vladimir Putinə təqdim edilib.
Kremlin İnformasiya Portalında dərc olunan bəyanatda qanun layihəsinin Putin tərəfindən təsdiqləndiyi bildirilib. Putinin imzasından sonra Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin təsdiqini rəsmən geri götürüb.
Onu da qeyd edək ki, oktyabr ayında Rusiya parlamentinin aşağı palatası Dumada keçirilən iclasda Rusiyanın müqaviləni təsdiqləməsinin ləğvi ilə bağlı qanun layihəsi səsə qoyulub. İclasda iştirak edən 412 deputat qanun layihəsinə “hə” səs versə də, heç kim əleyhinə və bitərəf qalmayıb. Yuxarı palata Federasiya Şurasında keçirilən səsvermədə qanun layihəsi sıfıra qarşı 156 “hə” səsi ilə qəbul edilib.
//Safura Bənnayeva, Editor.az

