Putin nüvə sınaqlarını məhdudlaşdırıbbackend

Putin nüvə sınaqlarını məhdudlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi”nin (CTBT) ratifikasiyasını ləğv edən qanunu imzalayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu addımın nüvə sınaqları qadağasını imzalayan, lakin ratifikasiya etməyən ABŞ-ın mövqeyini əks etdirdiyini bildirib. Rusiya parlamentinin hər iki palatası keçən ay Moskvanın qanun layihəsini təsdiqləməsini ləğv etmək üçün səs verib.

1996-cı ildə qəbul edilmiş CTBT dünyanın istənilən yerində bütün nüvə partlayışlarını qadağan edir, lakin müqavilə heç vaxt tam şəkildə həyata keçirilməyib. Bəzi ekspertlər tərəfindən nüvə sınaqlarının keçirilməsi lazım olduğunu bildirən Putin bunun mövzu ilə bağlı rəy təşkil etmədiyini söyləyib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da ötən ay bildirmişdi ki, Moskva qadağaya hörmət etməyə davam edəcək və yalnız Vaşinqton ilk addım atacağı təqdirdə nüvə sınaqlarını bərpa edəcək.

//Səbinə Hüseynli, Editor.az