Vladimir Putin getdikcə öz ordusuna deyil, şamanlara, ekstrasenslərə və astroloqlara daha çox arxalanır. Bu, onun sarsılmış rasional siyasətindən xəbər verir.
Editor.az bildirir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç Mark Feyqinlə efir zamanı bildirib. O, vurğulayıb ki, “Rus çarlarına itirilmiş müharibələr bağışlanmır”.
“Putinin müdafiəsində münəccimlərin, qara sehrbazların və ekstrasenslərin mövqelərinin güclənməsi rasional siyasətin qeyri-müəyyənliyinə dəlalət edir. Rus çarlarına uduzmuş müharibələr bağışlanmır. Sonun çatması xəbəri psixikanı qırır və ümidə ehtiyac duyulur. Lakin hərbçilər bu ümidi verə bilmirlər. Onu yalnız şamanlar, astroloqlar və okkultistlər arasında axtarmaq lazımdır. Adolf Hitlerdə də belə olub, indi Putində də var. Yalnız bu, ona kömək etməyəcək”, – Aretoviç bildirib.
Müşavirin sözlərinə görə, Putin mistisizmə ümid edir.
Bununla belə, Arestoviç “Ukraynalı qəhrəmanın Kreml astroloqlarının qərargahında oturduğunu və hücum üçün ən əlverişsiz vaxtı seçdiyini” istisna etməyib. O, vurğulayıb ki, Putinin müdafiəsində astroloq və sehrbazların təsirinin artması, həm də Rusiyada daxili gərginliyin artması deməkdir.
“Surovikinin ordusu işləmədi, möcüzə silahı – İran pilotsuz təyyarələri işə yaramadı. İndi astroloqların mərhələsidir. Bu, yaxşıdır və mənə Putinin sələfinin (Hitlerin) bunkerindəki son aylarını xatırladır” – Aretoviç deyib.
//Samir Qurbanov, Editor.az

