Vladimir Putin daha bir ölkəyə hücum edə bilər.
Editor.az bildirir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer deyib.
Fişer “Augsburger Allgemeine”ə müsahibəsində qeyd edib ki, Moldova bir müddətdir ki, Rusiya prezidentinin radarındadır. “Artıq Moldova Onun (Putinin) diqqət mərkəzindədir. Biz Rusiya müharibələrinin yalnız başlanğıcındayıq.
Putin keçmiş Sovet ərazilərini qaytarmaq istəyir”, – Fişer qeyd edib.
Almaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri əmindir ki, Putin çətin ki, NATO ölkələrindən birinə hücum etsin. Onun sözlərinə görə, “Ukraynadakı müharibə ona göstərdi ki, Rusiya NATO-nun silah texnologiyası ilə ayaqlaşmaqda çətinlik çəkəcək”.
“Beləliklə, dünya üçün edə biləcəyimiz ən yaxşı şey – və mən bunu bir daha təkrarlayacağam – kütləvi şəkildə yenidən silahlanmaqdır ki, heç kim alyansın ərazisinə hücum edə biləcəyini düşünməsin”, – Fişer bildirib.
//Samir Qurbanov, Editor.az

