Putin öz “super silahı”nın sınağını keçirdibackend

Putin öz “super silahı”nın sınağını keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya donanmasının “Admiral Qorşkov” freqatı Rusiya prezidenti Vladimir Putinin “super silahı” adlandırılan “Zirkon” dəniz bazalı hipersəs raketinin Atlantik okeanında sınağını işləyib.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, “Qorşkov” 900 km-dən çox məsafədə “Zirkon”la şərti dəniz hədəfini – “düşmən gəmisini” vurub. Nazirlik bildirir ki, təlim kompüter simulyasiyaları vasitəsilə həyata keçirilib. Həmin gün freqat döyüş xidmətinə verilib.

Qeyd edək ki, fevral ayında işğalçılar “Admiral Qorşkov”u Cənubi Afrika və Çinlə birlikdə Afrika sahillərində təlimlərə göndərməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az