Putin Paşinyana zəng etdi – Əsas müzakirə mövzusu…backend

Putin Paşinyana zəng etdi – Əsas müzakirə mövzusu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb, onu ad günü münasibətilə təbrik edib və regional sabitlik məsələlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, Nikol Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təmasları barədə Putinə danışıb.

 

“Hər iki tərəf strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər”, – məlumatda deyilir.