Putin Paşinyanın zənginə cavab verdi – Hərbi əməliyyatların təcili dayandırılmağı…backend

Putin Paşinyanın zənginə cavab verdi – Hərbi əməliyyatların təcili dayandırılmağı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan uğurlu əks-hücum əməliyyatından küncə sıxılan Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinə yenidən zəng edib.

Editor.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın dövlət başçısına zəng edərək Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Bölgədəki qarşıdurmanın geniş miqyaslı bir hal aldığını, bunun mülki şəxslər də daxil olmaqla hər iki tərəfdə böyük itkilərə səbəb olduğunu qeyd ediblər.
Putin Paşinyanla söhbətində yenidən hərbi əməliyyatların təcili olaraq dayandırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu, Putin və Paşinyan arasında 27 sentyabrda münaqişənin kəskinləşməsindən bəri dördüncü telefon danışığıdır.

//milli.az