Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ: “Buna görə şadam…”backend

Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ: “Buna görə şadam…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin KTMT ölkələrinin sammitinə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağ problemini və iqtisadi məsələləri müzakirə edib.

Bu barədə “RIA Novosti” məlumat yayıb.

“Biz ikitərəfli gündəlikdəki bütün məsələlər və regional problemlər üzrə sizinlə müntəzəm əlaqə saxlayırıq. Bununla belə, həmişə çoxlu suallar var”, – Putin bildirib.

O qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsində artım var, investisiya layihələri davam edir.

“Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam”, – Putin əlavə edib.

Publika.az