Putin: “Pelosinin Tayvana səfəri planlaşdırılmış təxribatdır”backend

Putin: “Pelosinin Tayvana səfəri planlaşdırılmış təxribatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin ABŞ administrasiyasını Tayvan və Çin arasında gərginliyi artırmaqda ittiham edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Putin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri haqqında “ Bu, Vaşinqtonun beynəlxalq öhdəliklərinə və digər ölkələrin suverenliyinə məhəl qoymamasının həyasız nümayişidir” deyib. Rusiya Prezidenti səfəri planlaşdırılmış təxribat kimi qiymətləndirib.

Moskvada təhlükəsizlik konfransının açılışında iştirak edən Putin ABŞ-ın Tayvanı dəstəklədiyi gərginlikdən ilk dəfə danışıb. “Ukraynadakı vəziyyət göstərir ki, ABŞ bu münaqişəni uzatmaq istəyir. Onlar Asiya, Afrika və Latın Amerikasında da eyni şeyi edir, potensial münaqişə bölgələrinə benzin tökürlər. Amerikanın Tayvanda macərası sadəcə olaraq məsuliyyətsiz siyasətçinin səfəri deyil, Bu, ABŞ-ın regionda və dünyada qeyri-sabitlik və xaos yaratmaq üçün məqsədyönlü, düşünülmüş strategiyasının bir hissəsidir”,- Putin bildirib.

Çin və Tayvan arasında son zamanlar artan gərginlikdə ABŞ açıq şəkildə Tayvanı dəstəkləyir.

//Gülnarə Abasova, Editor.az