Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Nataliya Poklonskayanın vəzifəsindən azad edilməsi haqqında qərar imzalayıb.
Editor.az rus mətbuatına istinadla xəbər verir ki, qərar imzalandığı gündən qüvvəyə minib.
Poklonskaya teleqram hesabındakı paylaşımında başqa bir işə keçəcəyini, lakin bu vəzifənin nə olacağını açıqlamayıb. O, dəstək və etimada görə Rusiya prezidentinə təşəkkür edib.
Qeyd edək ki, Nataliya Poklonskaya 2014-cü ildən Krımın prokuroru vəzifəsində çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər isə Dövlət Dumasının deputatı olub. Bununla belə, o, keçən il namizədliyini irəli sürməkdən imtina edib.
//Gülnarə Abasova, Editor.az

