Putin prezident seçkiləri öncəsi Rusiya xalqına müraciət edibbackend

Putin prezident seçkiləri öncəsi Rusiya xalqına müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 15-də keçiriləcək üç günlük prezident seçkiləri öncəsi Rusiya xalqına müraciət edən Rusiya prezidenti Vladimir Putin bu seçkilərin nəticələrinin yaxın illərdə ölkənin inkişafına birbaşa təsir edəcəyini bildirib.

Editor.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

“Əziz Rusiya vətəndaşları, əziz dostlar. Martın 15-də böyük ölkəmizin hər yerində seçki qutuları açılacaq və Rusiyada prezident seçkiləri üçün üç günlük səsvermə başlayacaq. Rusiyada səkkizinci dəfədir ki, prezident seçkiləri keçirilir. Bu, demokratik dövlətin əsas prinsiplərindən biridir: Bu, seçkilərin qanunauyğunluğunu göstərir”,- deyə o bildirib.

Seçkilərin son dərəcə mühüm hadisə olduğunu vurğulayan Rusiya lideri onu da qeyd edib ki, bu seçkilərin nəticələri ölkənin gələcək illərdəki inkişafına birbaşa təsir edəcək: “Bu səbəbdən indiki dövlət başçısı kimi mən bu gün Sizə müraciət etməyi zəruri hesab edirəm”.

Qeyd edək ki, Rusiyada keçiriləcək prezident seçkilərində 4 namizəd mübarizə aparacaq: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.

//Gülnarə Abasova, Editor.az